Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə qalmaqal yaşayıb.
7Times.az axşam.az-a istinadən bildirir ki, bu günlərdə onlar tez-tez bir araya gəlib. Bu dəfə isə Canana müğənninin evindən videolar paylaşıb. O, uşaqları ilə birlikdə M.İsgəndərlinin evində olduğunu vurğulayıb.
Sosial şəbəkə izləyiciləri isə ona bununla bağlı tənqidlər yazıblar. Canana şərhlərə “Sizi nə narahat edir? Bu, bizim ailəmizdir. Nə istəyirik, onu da edirik” cavabını verib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub.