Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs ötən gün paparatsilərin obyektivinə tuş gəlib.
Axşam.az xəbər verir ki, həyat yoldaşı Sem Asqari ilə boşanması haqda yayılan iddialar fonunda ifaçı bir kişi ilə görüntülənib. 1 həftə əvvəl ailəsində problemlər yaşadığı deyilən Britninin başqa bir şəxslə görünməsi müzakirələrə səbəb olub. Hələlik həmin kişinin adı və ikili arasındakı münasibətlərin dərəcəsi bəlli deyil.
Daha sonra bəlli olub ki, ikili daha əvvəl də restoranlardan birindən gizli görüşüb və məkandan birgə çıxıblar.
Qeyd edək ki, Britni ilə Sem 2016-cı ildən “Slumber Party” üçün klip çəkilişində tanış olduqdan sonra münasibətə başlayıblar və ötən yay evləniblər. Bu, müğənninin üçüncü evliliyi idi. Hazırda onların boşanma ərəfəsində olduğu iddia edilir. Britninin Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.
Follow @7timesaz