Ölkə

Güclü geomaqnit qasırğası olacaq – TARİXLƏR

Güclü geomaqnit qasırğası olacaq – TARİXLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş küləyinin maksimal sürəti 833 km/san-dək artıb.

 

Bu barədə 7Times.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir:

 

“14-20 oktyabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın təsiri ilə 14 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə  3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər”.

 

Qurumdan bildirilib ki, qarşıdakı günlərdə geomaqnit qasırğası baş verəcək:

 

“11 oktyabrda baş vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir”.