Günəş küləyinin maksimal sürəti 833 km/san-dək artıb.
Bu barədə 7Times.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir:
“14-20 oktyabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın təsiri ilə 14 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər”.
Qurumdan bildirilib ki, qarşıdakı günlərdə geomaqnit qasırğası baş verəcək:
“11 oktyabrda baş vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir”.
Follow @7timesaz