22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba Rayon Məhkəməsinin kollektivi və rayonun ədliyyə işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüş, sonra isə Quba Rayon İcra Hakimiyyətində bir qrup ədliyyə işçisi ilə görüş keçirilmişdir. Ədliyyə işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda onları fəxri fərmanlarla təltif etmişdir.
Follow @7timesaz