Ölkə

Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb

Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölmüş heyvanlar Tupkaraqan rayonunda Fort Şevçenko şəhərinin Asan, Mıs Bautin və Mıs Urdyuk ərazilərində tapılıb:

“Cəsədlərin parçalanmasına baxsaq, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb. Suiti səcədləri yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”.

Vurğulanıb ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir. Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.