Ölkə

Elnur Rzayev Nərəcan kəndində növbəti səyyar qəbul keçirdi – FOTOLAR

Elnur Rzayev Nərəcan kəndində növbəti səyyar qəbul keçirdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Nərəcan kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yeni uşaq bağçası- körpələr evinin inşası və bir neçə fərdi müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.