Son günlər ölkəmizdə gənclər arasında intihar hadisələri artıb. Son beş gün içində ”üç” intihar hadisəsi baş verib.
Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər 7times.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Gənclər niyə intihar edir?
– Son dövrlər Azərbaycanda intiharlar xüsusilə də gənclərin özünəqəsd halları sürətlə artır. Bu insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və bu kimi bir sıra narahatlıqlardan, dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir.İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq istəmədiyini yaxınlara desə də, adətən, çevrəsi tərəfindən buna məhəl qoyulmur.
Normal halda insan kəskin şəkildə melanxolik düşüncədə olanda, ümidsizlik, inamsızlıq hiss edəndə, həyatın mənasızlığını fikirləşəndə, adamlara qarşı duyduğu inam və etibarını tam itirəndə intihara meyl edir, özünə qəsd edir.
Ölkəmizdə də son dövrlərdə yaşanan intihar səbəblərindən biri də pandamiya şəraiti ola bilərmi?
– İndi hər kəs “depressiyadayam” deyir. Pandemiya dövründə insanların yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşır, xüsusilə böyük şəhərlərdə insanlar özünə qapanır, ailəsində, yaxınlarında gedən proseslərdən, problemlərdən xəbər tuta bilmir. Hansısa problem onu narahat edir, çıxış yolu tapa bilmir və intihar edir.
İntihar edən insanlar peşman olurmu?
– Hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Xoşbəxtlikdən intiharlar hər zaman ölümlə nəticələnmir. Ölümdən dönən insanlar həyata daha da bərk bağlanır. Çox az sayda insan özünə qayıda bilir. Aparılan müşahidələrdən bəlli olur ki, özlərini asanların boyun nahiyəsinə baxanda, çırmaq izləri görunür, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir.
İntiharların qarşısını necə almaq olar?
– Sosial şəbəkələrdə intihar mövzusu təbliq edilməməlidir. Təm televiziyalarda həm də sosial şəbəkələrdə marifləndirici verlişlər olmalıdır.
İntiharı son çıxış yolu kimi seçim edən insanlara həkim yardımı ilə bərabər ediləcək başlıca iki yardım var. Bunlardan biri tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yollar axtarmaq. Əlbəttə, burada intihar riskinin dəyərləndirilməsi də çox mühimdir.
Özünəqəsd hadisələri daha çox yanvar ayında olur.
Nə olursa olsun intihar etməyin, yaşamaq gözəldir.
7times.az
Müşfiq Qərib
Follow @7timesaz