Ölkə

Azərbaycanda gələn il orta aylıq pensiyanın 536 manat olacağı gözlənilir

Azərbaycanda gələn il orta aylıq pensiyanın 536 manat olacağı gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozlaşdırılır.

7Times.az  xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 % çoxdur.

Ötən il ölkədə orta aylıq pensiya 441 manat təşkil edib. Bu il bu rəqəmin 491 manat olacağı gözlənilir.