Maqazin

“Mənim haqqımda yaza bilərlər ki, Əkbərlə sevgilidir “ – Roza Zərgərli

“Mənim haqqımda yaza bilərlər ki, Əkbərlə sevgilidir “ – Roza Zərgərlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Roza Zərgərli övladları haqda yazılan xəbərlərə sərt reaksiya verib.

7times.az xəbər verir ki, Tarix Əliyevin “Günə bir şou” proqramında qonaq olan ifaçı ailəsi haqda yazanları məhkəməyə verəcəyini açıqlayıb:

“Mən illər əvvəl verilişdə dedim ki, sənəti olan insanı bir cür vurmaq olar – övladları ilə. Bunu demək mənim səhvim oldu. Və siz bildiniz ki, Rozanı haradan vurmaq olar. Bu yaxınlarda bir məhkəmədə uduzmuşam, üzürxahlıq da edəcəm. Bundan sonra kimsə jurnalist təhsili almayıbsa, təcrübəsi yoxdursa onu məhkəməyə verəcəyəm. Öldü var, döndü yoxdur. Allahdan qorxmaq lazımdır. Mənim haqqımda yaza bilərlər ki, Əkbərlə sevgilidir və ya Tolikin evindən çıxdı. Amma zərrə qədər də günahı olmayan qıza ləkə yapışmaz. Mən anayamsa bu adı uca tutub cavab qaytarmıram. Amma hamınızı məhv edərəm!”.

Xatırladaq ki, bir müddət əvvəl 36 yaşlı iş adamının intiharında müğənninin qızının adı hallanırdı. Evli biznesmenin Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunurdu.