Maqazin

Ece Erken Demet və Alişanın barışmasından DANIŞDI

Ece Erken Demet və Alişanın barışmasından DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aparıcı Ece Erken illər sonra barışan Demet Akalın və Alişan ilə bağlı maraqlı açıqlamalar verib.

7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, 42 yaşlı gözəl aparıcı müğənnilərin barışmasıyla bağlı kinayəli fikirlərini bildirib:

“Alişandan Demet Akalınla barışma formasına görə küsmüşəm. Çünki Alişan, Demet haqqında hamımıza ağır sözlər deyirdi. İnsan söz deyib, sonra barışa bilər. Üzünə belə tüpürüb barışanlar olur. Amma öncə tənqid edib, iki gün sonra ağlayaraq barışması məni narahat etdi. Allah çox xoşbəxt etsin, bəlkə də, doğrusu budur. Çünki Alişan və Demet xarakter cəhətdən yaraşırlar və yaxşı anlaşılar. Ona görə, barışmaqları gözəl oldu. Allah pozmasın, necə gözəl dostluqları var”.

Qeyd edək ki, Ece Erken illərlə çox yaxın dost olduğu Alişandan, Demet Akalın ilə barışdığı üçün küsərək, dostluqlarını bitirib.

Elmir Kərimli