“MTV Azərbaycan” telekanalında yayımlanan “Üzə-düz” verilişinin qonağı olan müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə yayılan görüntüləribarədə danışıb.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, Ayan həmkarı ilə görüntülərini tənqid atəşinə tutanların fikrini önəmsəmədiyini bildirib:
“Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirmək istəyirəm. Bir insandan soruşurlar. Necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm, kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, mən eləyəm. O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım yoxdur! Bu şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıramsa, bu mənə yetər”.
Qeyd edək ki, yayılan videoda rəqs edən zaman Nadirin Ayanın dodağından öpməyə çalışdığı yer almışdı.
Sözügedən görüntülərə görə qınanan Nadir Qafarzadə daha sonra açıqlama verərək sərxoş olduğunu deyib və hərəkətlərə görə üzr istəmişdi.
Follow @7timesaz