Müğənni Səidə Sultan şəxsi həyatından danışıb.
7Times.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Günün sədası” proqramında qonaq olan ifaçı dostlarından ayrıldıqdan sonra işlərinin qaydasına düşdüyünü söyləyib:
“Bir müddət əvvəl bəd auranın içərisində idim. İşlərim alınmırdı. Allah onları məndən uzaqlaşdırdı. Yolum açıldı, ruzim oldu. İki insan həyatımdan çıxandan sonra həyatım dəyişdi. İki oğlan idi, dostluq etmişdik”.
Səidə qeyd edib ki, çox istədiyi, dəyər verdiyi insan var:
“Hörmət olmayan yerdə gözəl heç nə olmur. Sevgi sözünü işlətməyə qorxuram. İnsan sevgini bir dəfə yaşayır. Ondan sonra olmur. Ona görə hörmət edirəm ki, qanacaqlı adamdır. “Panyatka” kişinin gözmuncuğudur”.
Həmin görüntüləri təqdim edirik: