Müğənni Nadir Qafarzadə yenə açıqlaması ilə gündəmə gəlib.
7times.az xəbər verir ki, “Özəl tube” proqramına qonaq olan sənətçiyə ən uğurlu duetlərlə bağlı sual ünvanlanıb.
Nadir Xalq artisti Aygün Kazımova və Namiq Qaraçuxurlu haqda “Onlarda köhnə duetdir. Bu gün yenisi yazılsaydı, onlar haqda düşünərdim. Gündəmdə olmadıqları üçün düşünürəm onları seçmirəm” sözlərini deyib.
Xalq artisti Miri Yusif və Röya Ayxan duetindən bəhs edən Nadir “Miri Yusiflə aramızda soyuqluq var. Onu seçməyə bilərəm. Kin saxlayan deyiləm. Sənəti düşünüb, şəxsi münasibəti kənara qoydum. Aygünlə dostluq edəndə Röya ilə dost deyildim. Röya ilə 2000-ci illərdə dost idik” deyə, əlavə edib./Axsam.az
Follow @7timesaz