Ölkə

Bayram günlərində 19 nəfər zəhərlənib

Bayram günlərində 19 nəfər zəhərlənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günlərində (20.03.2024-26.03.2024) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

 

Bu barədə 7Times.az -a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

 

Bildirilib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etanoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib: “Müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslər arasında ölüm faktı qeydə alınmayıb”.