Ölkə

Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb – FAKTİKİ HAVA

Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb – FAKTİKİ HAVAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, yanvarın 3-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.