Ölkə

Bu gün şəhid Pərviz Novruzov doğum günüdür

Bu gün şəhid Pərviz Novruzov doğum günüdürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pərviz Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil almışdır. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Pərviz Novruzov Kürdəmir rayonunun Ərəbxana kəndində dəfn olunub.

Allah rəhmət etsin.