Son aylarda bir çox ölkədə COVID-19-a yoluxmanın artdığı müşahidə edilib.
7Times.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir neçə həftə ərzində COVID-19 üçün müsbət testlərin faizinin artdığı bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove də bu barədə açıqlama verib:
“Bölgədən bölgəyə fərqli olsa da, testin pozitivlik nisbəti yüzdə 10-dan çoxdur. COVID-19-un epidemiya elan edilməsindən 4 ildən çox vaxt keçib, amma hələ də “qlobal epidemiya” olaraq qalır. Virus təkamül etməyə və dəyişməyə davam edir. Məhz bu baxımdan diqqətli olmağa və sağlamlığımızı qorumağa davam etməliyik”.
Qeyd edək ki, Fransada keçirilən Paris 2024 Olimpiya Oyunlarında 40 idmançının COVID-19 testi müsbət çıxıb.
Follow @7timesaz