Dünya

Çində 3 ildən sonra yenilik: Bu qadağa aradan qaldırıldı

Çində 3 ildən sonra yenilik: Bu qadağa aradan qaldırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çin 3 ildən sonra xaricdən girişlər üçün karantin tələbini qaldırıb.
7Times.az  xarici mediaya istinadən xəbər verir ki, beləliklə, çinlilər tez bir zamanda xaricə səfərlərini planlaşdırmağa başlayıblar.
Pandemiyanın başlanğıcından bəri özünü təcrid edən Çin ölkədə artan koronavirusun fonunda bundan imtina edib. Xaricdən Çinə gələnlər artıq 5 günlük məcburi karantinə məruz qalmayacaqlar. Bununla belə, onlar hələ də son 48 saat ərzində edilən mənfi COVID testini təqdim etməlidirlər. Karantinsiz səyahətin ilk günündə sərhəd qapılarında sıxlıq müşahidə edilərkən, minlərlə ailə illər sonra ilk dəfə bir araya gələ bilib. Dünən beynəlxalq reyslərlə yanaşı, quru sərhədindən Honq-Konqa xüsusi inzibati rayona gəlişlərə də icazə verilib.
İlk növbədə Honq-Konqdan təxminən 60.000 insana sərhədi keçmək üçün yaşıl işıq yandırıldığı halda, ayrılmış ailələrin minlərlə üzvü qovuşmaq ümidi ilə sərhədə axın edib.
Rəsmi məlumatlara görə, yaxın iki ay ərzində Honq-Konqdan materikə 410 min insan gedəcək. Bu insanların əksəriyyəti təhsil və işləmək üçün burada olan və 3 ildir ailəsindən ayrı olanlardır.
Səyahət məhdudiyyətlərinin aradan qaldırılması pandemiyadan əvvəlki illərdə Çinli turistlərin xərclərinə arxalanan iqtisadiyyatlara ümid verib. Lakin bildirilir ki, hava yollarının yeni vəziyyətə uyğunlaşması müəyyən vaxt aparacağından və bəzi ölkələr Çindən gələnlərə əlavə məhdudiyyətlər tətbiq etdiyindən bərpa prosesi çox da sürətli olmaya bilər. Pandemiyadan əvvəl 2019-cu ildə 670 milyon insan Çin sərhədlərini keçib ki, bunun da yarısı çinli turistlər olub.
Artıq aviaşirkətlər marşrutlarını Çin şəhərlərini də əhatə edəcək şəkildə yenidən tənzimləyir. Dünən Şençjenə cəmi üç beynəlxalq reys, xaricə isə cəmi iki reys enib. Pekində dünyanın ən böyük aeroport terminallarından birində baqaj kəmərləri əsasən boş olub. Bazar günü Çinin şərqindəki texnologiya və turizm mərkəzi olan Hançjouya 1300 nəfər gəldi və 1100 nəfər təyyarə ilə yola düşüb.
Digər tərəfdən, dəyişikliyin yanvarın 22-də Çin Yeni ilinə az qalmış gəlməsi səyahətə marağı artıran faktor olub. Ancaq bu vəziyyətin epidemiyanı daha da pisləşdirəcəyi ilə bağlı narahatlıqlar var. Çin Yeni ili həftəsi üçün beynəlxalq sifarişlər keçən illə müqayisədə 5 dəfə artıb, Banqkok və Melburn ən populyar istiqamətlər olub. Ziyarətçilərin sayında gözlənilən artım isə bir çox ölkədən, o cümlədən Avropa Birliyi ölkələri və ABŞ-dan gələn Çinli sərnişinlərin məcburi COVID testindən keçməsinə səbəb olub. ABŞ, Avstraliya, Kanada, Yaponiya, Cənubi Koreya və İtaliya da daxil olmaqla bir çox ölkə Çindən gələn sərnişinlər üçün sınaq tələbi tətbiq edib. Bu ölkələr Pekini ölkədəki epidemiyanın miqyası ilə bağlı şəffaf olmadığına görə tənqid edirlər.
Qeyd edək ki, Çinə xaricdən gələnlərin artması ilə sərnişinlər və hava limanı personalı üzərində variant statusunu izləmək üçün testlər aparılacaq və variantları müəyyən etmək üçün nümunələr DNT analizinə göndəriləcək. Keçən ayın etirazlarından sonra sərt “sıfır hal” siyasətindən qəfil imtina edən Çin, rahatlama istiqamətində bir sıra başqa addımlar da atıb. Müvafiq olaraq, son 3 ildə epidemiya tədbirlərini pozduqlarına görə həbs olunanların azadlığa buraxılacağı bildirilib. Hökumətin aidiyyatı orqanlara göndərdiyi göstərişdə pandemiya ilə bağlı təqiblərə xitam verilməsi və məhbusların azadlığa buraxılması istənilib.