Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çarxı kəndində səyyar qəbul keçirib.
Qəbulda Çarxı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çarxı və Xanlıqoba kəndlərinin sakinləri iştirak edib.
“7Times.az” xəbər verir ki,sakinlər elektrik xəttlərinin yenilənməsi, əlavə subartezian quyusunun qazılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.





