Sağlamlıq

İnsanın qocalmasını sürətləndirən qidalar məlum olub

İnsanın qocalmasını sürətləndirən qidalar məlum olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monaş Universitetinin avstraliyalı alimləri belə qənaətə gəliblər ki, ultra emal olunmuş qidaların istehlakı qocalma prosesini sürətləndirə bilər.

7Times.az xəbər verir ki, tədqiqat “Age and Aging” elmi jurnalında dərc olunub.

Ultra emal olunmuş qidalara çipslər, şirin sərinləşdirici içkilər, hazır əriştə, dondurma, emal olunmuş ətlər, burgerlər və tərkibində yüksək ləzzət artırıcılar və emulqatorlar olan fabrikdə istehsal olunan digər qidalar daxildir.

Yeni araşdırmada mütəxəssislər 20-79 yaş arası 16 055 ABŞ sakininin qidalanması və sağlamlığı ilə bağlı məlumatları araşdırıblar. Komanda ultra emal edilmiş qida istehlakı ilə sürətli bioloji yaşlanma arasında əhəmiyyətli bir əlaqə tapıb.

Məlum olub ki, 2000 kalorilik standart gündəlik pəhrizə əlavə edilən hər 200 kalorili ultra işlənmiş qida insanın bioloji yaşını təxminən 2,4 ay artırır. Eyni zamanda bu cür qidalarda vitaminlər, minerallar və antioksidantların olmaması bioloji qocalmanı sürətləndirir.

Bundan əlavə, bir çox məhsulda maddələr mübadiləsini pozan süni əlavələr və konservantların mövcudluğu insan yaşını sürətlə artırır.

“Report”