Sağlamlıq

Pandemiyadan sonra daim əsəb içindəsiniz? – Bu üsullarla normal həyata dönə bilərsiniz…

Pandemiyadan sonra daim əsəb içindəsiniz? – Bu üsullarla normal həyata dönə bilərsiniz…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məşğulluq balansı”na necə nail olmalı…
“Özünüzü çox yormayın, mümkün olmayana can atmayın…”
“Koronavirus pandemiyası bizim fiziki və mental davranışımızda silinməz izlər buraxıb”
İki il davam edən  koronavirus pandemiyası bizim davranışımızı dəyişib. Normal həyata dönüş etmək yolları barədə mütəxəssislər danışıb.
Moderator.az xəbər verir ki, bu barədə “Ynet” nəşri yazıb.
Valideynlərin çoxu yəqin ki, adi günlərini yaxşı xatırlayır: uşaqlar məktəbə, valideynlər işə hazırlaşır. Və birdən telefon zəng çalır, “əziz valideynlər” sözləri ilə ismarıc verilir…
Bir çoxları artıq söhbətin nədən getdiyini bilib- analizlər üçün növbələr, karantin tədbirləri, Səhiyyə Nazirliyindən əsəbi halda cavab gözləntisi…
Belə şəraitdə keçən iki il bizim fiziki və mental davranışımızda silinməz izlər buraxıb. Stres onsuz da gərgin olan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislərin “məşğulluq balansının pozulması” adlandırdığı bu problem məqalədə araşdırılıb.
Əmək terapiyasında “məşğulluq balansı” deyilən anlayış var. Burada iş, istirahət, əyləncələr, təhsil və yuxu arasında mütənasiblik nəzərdə tutulur.
“Məşğuliyyətlər arasında balansın qorunması sağlamlığımız üçün çox vacibdir”, – bunu İsrailin “Klalit” Mərkəzi dairə xəstəxana kassası əmək terapiyası xidmətinin rəhbəri Tamar Xar- Even deyib.
Onun sözlərinə görə, biz “balans” vəziyyətindən bir andaca “həddən artıq məşğulluq” vəziyyətinə keçirik.
“Belə hallar uzun müddət davam edərsə, yuxunun pozulması, davranışda və hətta sağlamlıq vəziyyətində dəyişikliklər mümkündür”, – bunu isə Mərkəzin digər işçisi Yasmin Bar-Yosef deyib.
Burada əks vəziyyət də mövcuddur, bu, “kifayət qədər məşğulluğun olmaması”dır, bu zaman insan özünə uyğun olan məşğuliyyəti tapa bilmir. Bu, təqaüdə çıxanda, işsizlikdə, orduya çağırışı gözləyəndə olur. Bu halda da balans pozulur.
Əslində, biz hamımız məşğulluq balansına can atırıq. Biz həyatımızın dolğun olmasını, işləməyi, istirahət etməyi, dostlarımızla görüşməyi, bəzən isə özümüzün özümüzlə baş- başa qalmağımızı arzulayırıq.
Bəs “məşğulluq balansı”na necə nail ola bilərik?
Mütəxəssislər bizə 11 məsləhət verib.
1. Zəngli saatı qurun
Hətta müəyyən zamanda oyanmağa səbəb olmasa belə, özünüz üçün günə nə vaxt başlayacağınızı müəyyən edin. Zəngli saatı həmin zamana qurun və yataqdan oyanıb nəsə bir işlə məşğul olun.
2. Pijamanı ev geyimilə əvəz edin
Yataqdan oyananda hətta evdə tək olsanız belə, geyiminizi dəyişin. Geyimin dəyişməsi beynimizə fəaliyyətimizin dəyişməsi barədə siqnal göndərir.
3. Müəyyən edilən zamanda yemək yeyin və özünüz üçün yemək hazırlayın
Sizin boş vaxtınız çoxdur? Çoxdan arzuladığınız, amma vaxtınız olmadığından yemədiyiniz  yeməyi hazırlayın.
4. Uşaqlara nə ilə məşğul olacaqlarını izah edin
Müəyyənliyə təkcə böyüklərin deyil, uşaqların da ehtiyacı var. Onlara yaxın saatlarda nə ilə məşğul olacaqlarını söyləyin. Məsələn, siz işlədiyiniz zaman qoy televizora baxsınlar, sonra   nələrisə birlikdə edə bilərsiniz. Müəyyənlik, hətta qısa zaman üçün olsa belə, bizə vəziyyətə nəzarət etməyə imkan yaradır.
5. Düzgün iş mühiti yaradın
Otağın havasının dəyişdirilməsinin, rahat olmasının və gün işığının düşməsinin qayğısına qalın. Diqqəti yayındıran amilləri, səliqəsizliyi aradan qaldırın, evdə işləyərkən əlinizin altında maye olmasına diqqət edin.
6. İş saatlarını müəyyən edin
Evdə olarkən həmçinin iş qrafikinizə diqqət yetirin və bunu əvvəlcədən öz imkanlarınıza uyğun olaraq müəyyən edin. Bütün günü iş gününə çevirməmək çox önəmlidir.
7. Özünüzü daha çox bağışlamağa cəhd edin
Bizim planlarımız çox gözəldir, lakin bəzən gerçəklik başqa şəraiti diqtə edir. Siz gününüzü əla planlaşdıra bilərsiniz, nəticə isə başqa cür ola bilər. Nəyi edə bilmədiklərinizi qeyd edin və hər şeyin plan üzrə alınmadığına görə özünüzü çox da qınamayın.
8. Özünüz üçün zaman ayırın
Hətta evdə tək olduğumuz halda özümüzə və öz tələbatlarımıza zaman ayırmaq imkanımızın olması demək deyil. Gündə istisnasız olaraq özünüzə heç olmasa beşcə dəqiqə ayırın.
9. İstirahət
Özünüz və övladlarınız üçün istirahət vaxtını müəyyən edin. İstirahət çox vacibdir! Hətta işdən 15 dəqiqə aralanmağınız sizə daxili balansı qaytara bilər.
10. Fiziki fəallıq
Bu, sizin fiziki və ruhi sağlamlığınız üçün zəruridir. Hətta kresloda əyləşdiyiniz zaman hərəkət etmək, dartınmaq sizə kömək edə bilər.
11. Bir dəfəyə bir iş görmək
Başqa sözlə desək, özünüzü çox yormayın, mümkün olmayana can atmayın.