Ölkə

Polis Akademiyasına qəbul planı 2 dəfə qaldırıldı – VİDEO

Polis Akademiyasına qəbul planı 2 dəfə qaldırıldı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan  Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə ayrılan yerlərin sayı artırılıb.

 

7Times.az -ın məlumatına görə, bu akademiyada müvafiq ixtisas üzrə 500 nəfər kursant qəbul ediləcək.

 

2023-cü ildə isə  300 kursantın qəbulu üçün müsabiqə elan edilimişdi.

 

Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

 

Sənədlərin qəbulu mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.