“Müxalifətin hakimiyyətə gəlməsi Gürcüstanla Rusiya arasında münasibətlərin korlanmasına və bu ölkə ilə açıq münaqişəyə gətirib çıxaracaq”.
7Times.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir. Onların əlinə səlahiyyət vermək olmaz. Çünki dərhal Rusiya ilə münasibətlər gərginləşəcək, Ukraynaya silah göndəriləcək və s. Bu, ən azı, Gürcüstanda iqtisadi fəlakət və böhran yaradacaq”, – deyə, Şalva Papuaşvili bildirib.
Follow @7timesaz