Aktual

Vahid taksi xidməti yaradılır – Nələr dəyişəcək, planda hansı tədbirlər var?

Vahid taksi xidməti yaradılır – Nələr dəyişəcək, planda hansı tədbirlər var?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov məlumat verib.

Cavid Qurbanov nazir müavini oldu - SƏRƏNCAM Vaxtmedia.az

Məlumdur ki, ölkəmizdə müxtəlif taksi şirkətləri fəaliyyət göstərir. Sürücülərin əksəriyyəti daha çox onlayn qaydada şirkətə üzv olaraq işə başlayırlar. Beləliklə, sürücülərin hər hansı pis vərdişinin olub-olmadığı dəqiqləşdirilmir. Belə halların nəticəsidir ki, son vaxtlar polis tərəfindən saxlanılan narkoman sürücülərin sayı da artıb. Bu cür hadisələr isə cəmiyyətdə narahatlıq doğurur, insanların təhlükəsizliyini gündəmə gətirir.

Vahid taksi xidmətinin yaradılması neqativ hallara son qoyacaqmı?

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücüləri ilə bağlı kriteriyaların müəyyənləşdirilməsi həll edilməsi vacib olan məsələlərdən biridir:

 

Elməddin Muradlı: “Cəmiyyət olaraq yol polisinin ləğvinə hazır deyilik”

 

“Taksi sürücüsü peşəkar olmalı, ünvanları tanımalı, vətəndaşlarla ünsiyyətdə diqqətli olmalı, avtomobili saz vəziyyətdə saxlamalı, istirahət və iş rejiminə diqqət yetirməlidir. Cavid müəllimin qeyd etdiyi vahid taksi xidməti ilə taksi sürücülərinə nəzarət mexanizmlərini yaratmaq mümkün ola bilər. Nəzarət mexanizmi odur ki, vətəndaşlar vahid mərkəzə müraciət edəcəklər. Məsələn, taksi sürücülərinin neqativ hərəkətləri barədə şikayət edib məlumat ötürə biləcəklər, şəkil və video göndərəcəklər. Hər bir sərnişin taksi sürücüsünün qayda pozuntusunu, sərnişinlə kobud davranışını videoya şəkib vahid mərkəzə göndərə bilər. Hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq etdiyi 141 qaynar xəttinə bütün avtobus sürücüləri ilə bağlı şikayətlər daxil olur. Amma vahid taksi xidməti yaradılarsa, sırf taksi sürücüləri ilə bağlı şikayətə həmin mərkəz baxa bilər”.

 

Ekspert hazırda ölkəmizdəki taksi fəaliyyətinin çox xaotik və bərbad vəziyyətdə olduğunu söylədi:

 

“Bu, hər kəsə məlum olan məsələdir. Ona görə də burada ciddi tənzimləmələrə ehtiyac var. Prezident İlham Əliyev ilin əvvəlində Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsinə dair Fərman imzalamışdı, ardınca Baş nazirin də sərəncamı oldu. Ümid edirik ki, ilin sonuna qədər bu sahədə effektiv addımlar atılacaq. Çünki taksi fəaliyyəti çox vacib və zəruri məsələdir. Taksi fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu gün Bakı şəhərində ən azı 60 minə yaxın taksi fəaliyyət göstərir. Bu, böyük kütlədir, ona görə də ciddi tənzimləmələrə ehtiyac var. Taksi sürücüləri ilə ciddi iş aparılmalıdır. İşin hansı səviyyədə görülməsi isə vahid taksi mərkəzinin sənədlərində əks olunmalıdır. Təəssüf ki, xarici aqreqator şirkətlər ölkəmizdə “at oynadır”, taksi fəaliyyətində özbaşına qiymətlər müəyyənləşdirir, sürücüləri vaxtından artıq işlədirlər. Belə olan halda təbii ki, ciddi problemlər ortaya çıxır. Bunun da həlli hökumətin əlindədir”.