Xaçmaz RPŞ-nə yeni müavin təyin edilib.
“7Times.az” xəbər verir ki, Elvin Mustafayev Xaçmaz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Elvin Mustafayev bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Elvin Mustafayev bundan əvvəl Quba RPŞ-nin CAB-nın rəisi, daha sonra isə Təşkilati İnspeksiya Qrupunun rəhbəri vəzifələrində çalışıb.
Ailəlidir.
Follow @7timesaz


