“5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, fian, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha”.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov “Mən” verilişində qonaq olarkən deyib.
“Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o, bilir nə edir. Əlbəttə övlad gözəl şeydir. Mən də fikirləşirəm övladım olsa, oğlum, qızım olar, onları böyütmək, nələrisə demək, bu belə deyil, elədir. Amma yenə deyirəm, Allaha şükür edirəm, olmamağına görə ki, hələ mənə o payı vermir, özü bilən məsləhətdir. O, bilir nə vaxt etmək lazımdır. Ona görə də hər dəfə şükür edirəm” deyə, Nicat əlavə edib.
Qeyd edək ki, aktyor 2017-ci ildə Ülviyyə adlı xanımla ilə ailə qurub.