Maqazin

Yayda ailə quran məşhurlar…

Yayda ailə quran məşhurlar…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq yay fəslinin son günlərini yaşayırıq. Bu yay da şou-biznes nümayəndələri tətil görüntüləri, yeni layihələri və şəxsi həyatları ilə gündəmdə qalmağı bacardı.

OLAY yayda ailə quran 10 məşhur cütlüyü təqdim edir:

1. Mustafa Sandal – Melis Sütşurup

Cütlük Romada nikah bağladıqdan sonra Marmarisdə toy edib. İkinci dəfə evlənən Mustafanı toyda övladları tək qoymayıb.
Qeyd edək ki, ifaçı daha öncə serbiyalı müğənni Emina Yahoviçlə ailəli olub. Sandal və Emina cütlüyü 10 illik evliliklərini 2018-ci ildə bitiriblər. Onların iki oğlu var.

2. Britni Spirs – Sem Asqari

5 illik nişanlısı Sem Asqari ilə evlənən Britni gəlinliyini “Versace”dən seçib. Onun libasını tikməyə 700 saat vaxt sərf olunub.  Özəl gecədə 60 nəfər qonaq iştirak edib. Onlar arasında Selena Qomez, Madonna, Peris Hilton və başqaları olub.

3. Aysun İsmayılova – Eşqin Cəlilov

Cütlük Bakıda dənizkənarı restoranların birində evlənib. Aysun özəl günündə 4 libas dəyişməsi ilə gündəmə gəlmişdi. Yalnız gənclərin dəvət edildiyi məclisdə qonaqlardan qadınların ağ, kişilərin isə qara geyinməsi tələb olunub.

4. Ebru Şahin – Cedi Osman

Ebru basketbolçu sevgilisi Cedi ilə Makedoniyada nikah bağladıqdan sonra İzmirdə toy edib. Onlar rəsmən evli olsalar da, toyda formal nikah mərasimi təşkil ediblər. TV-8 kanalının rəhbəri Acun Ilıcalı cütlüyün nikah məmuru olub.

5. Özge Gürel – Serkan Çayoğlu

2014-cü ildə “Kiraz mevsimi” serialında rol alarkən sevgili olan məşhur cütlük Özge Gürel və Serkan Çayoğlu Almaniyada nikah bağladıqdan sonra İtaliyanın Verona şəhərində toy ediblər. Onlar qonaqlara toy şirniyyatı vermək əvəzinə xərçəngli uşaqlar üçün ümid fonduna yardım ediblər.

6. Cennifer Lopez – Ben Afflek

Dünyaca məşhur müğənni Cennifer Lopez aktyor Ben Affleklə Las-Veqasda nikah bağlayıb. Toy Benin Corciyadakı evində baş tutub. Məclisdə iştirak edənlər bəyaz rəng geyimlərdən istifadə ediblər.
Qeyd edək ki, 52 yaşlı ulduz bundan öncə 3 dəfə evlənib. Hətta, CeyLO Ben Afflek ilə 2004-cü ildə ayrılıb 2021-ci ildə yenidən sevgili olub.

7. Nihat Doğan – Arzu (Arezoo Gharlar)

Türkiyənin məşhur müğənnisi Nihat Doğan da yayda ailə quran məşhurlardandır. O, fars əsilli fanatı Arzu Doğan (Arezoo Gharlar) ilə evlənib. Nihatın xanımı 3 aylıq hamilədir. Onlar təxminən 1 ildir münasibətdədirlər. 

8. Ege Kökenli – Lior Ahituv

“Yahşi Cazibe”, “Çalıkuşu”, “Güneşin Kızları”, “Kalp atışı” kimi bir çox serialda rol alan türk aktrisa Ege Kökenli yeddi ildir sevgili olduğu Lior Ahituv ilə nikah masasına oturub. Cütlük pandemiya səbəbilə təxirə saldıqları toylarını Beşiktaşdakı hotellərin birində reallaşdırıblar.

9. Petek Dinçöz – Nida Büyükbayraktar

Yayda toy edən məşhur simalardan biri də türk müğənnisi Petek Dinçözdür. Petek Beşiktaşda yerləşən lüks otellərin birində nişanlısı Nida Büyükbayraktarla ailə qurub.
Qeyd edək ki, bu Dinçözün üçüncü evliliyidir. İfaçı bu ilin aprelində 8 illik evliliyini bitirib. N. Büyükbayraktar isə onun uşaqlıq sevgisidir. 

10. Demet Özdemir – Oğuzhan Koç

Siyahımızda olan son məşhur cütlük isə türk aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koçdur. Onların toyunda Demetin nikah şahidi rol aldığı “Çilek Kokusu”, “No309” və “Erkenci kuş” serialının prodüseri Faruk Turqut, Oğuzhanın isə milyonçu iş adamı Acun Ilıcalı olub. Özdemir toyda iki gəlinlik və əlavə bir libas geyinib.
Qeyd edək ki, cütlüyün 26 avqusta planlaşdırılan toyu İstanbulda yağan güclü yağış səbəbindən təxirə düşmüşdü.