Azərbaycanın şou-biznes nümayəndələrinin gəliri həmişə çoxlarının diqqət mərkəzindədir. Maraqlıdır, onlar toylar və tədbirlərdən başqa haralardan pul əldə edirlər?
Lent.az bəzi məşhurların gəlir sahəsini sizə təqdim edir:
1. Müğənni Rəqsanənin gözəllik salonu, Rusiyada şəxsi restoranı, qızı Aysun İsmayılovanın isə Bakıda öz adına geyim brendi var.
2. Xalq artisti, müğənni Tünzalə Ağayevaya məxsus “Sevmeli by Tunzale” adlı şokolad istehsal edən brendi var.
3. Azərbaycanın tanınmış əkizləri – müğənni Sevil və Sevinc Səfərova bacılarının “Mozarella Baku” adlı restoranları var.
4. Xalq artisti Röya Ayxanın moda evi var.
5. Müğənni Nüşabə Ələsgərlinin “Solmaz” adlı qadın gözəllik salonu var.
6. Müğənni Niyam Salaminin öz adına restoranı, uşaq tədris və əyləncə mərkəzi var.
7. Müğənni Xatirə İslam “xınayaxdı” mərasimlərinin təşkili ilə məşğuldur. Onun təklif etdiyi xidmətə bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışı daxildir.
8. Xalq artisti Murad Dadaşov “Cot’dAzur” adlı şirniyyat mağazasının sahibidir. Aktyor bundan əlavə MGP (M Group Production) prodüser mərkəzinin də yaradıcısı və rəhbəridir.
9. Aktyor Sərxan Kərəmoğlunun Mərdəkanda yerləşən “Xalça” adlı restoranı var.
10. Müğənni Günay İbrahimlinin öz adına geyim brendi var.
11. Əməkdar artist Vasif Məhərrəmlinin kişi geyimləri mağazası var. İfaçı geyim mağazasına oğlunun adını verib.
12. Rəqqasə Fatimə Fətəliyevanın “Banu” gözəllik salonu və “xınayaxdı” şirkəti var.
13. Müğənni Yaşar Cəlilov “Ulduzum by Yaşhar Cəlilov” adında gözəllik salonunun sahibidir.
14. Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov “Bu şəhərdə” restoranının sahibidirlər.
15. Teleaparıcı Lalə Əlimuxtarova “Nargilə” çay evinin sahibəsidir.