“Şou-biznesdə bəziləri var, mənim mahnılarımı və ya Pərviz Bülbülə ilə oxuduğumuz duetləri bəyənmir. Amma oxuduqları “Popuri”lərə bizim mahnıları salırlar. Demək biz varıq, mahnılarımızı ona görə oxuyursunuz. Gülərək yanımdan keçib, arxamca danışırlar. Gedib toyda bizim mahnıları oxuyurlar. Ehtiyac yoxdur bizim mahnılar haqda danışmağa. El şənliklərində toya girmişəm, görmüşəm bizim mahnıları canlı oxuyurlar. Müsahibədə isə deyirlər, o nə mahnılardır? Onlar arasında ən məşhur müğənnilər var. Oxumağa məcburdurlar. El şənliyinə gedəndə sizi dəvət edən sifariş edir. O qədər pul veriblər, məcbursunuz”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Şourum” proqramında deyib. Sənətçi “bayağı” mahnı ifa edənləri tənqid edən sənət adamlarına səslənib.
Türkan Xalq artisti Tünzalə Ağayevanın onu tənqid etməsinə münasibət bildirib:
“Bu gün bu janrda oxumaq olar. Mən estrada mahnıları da ifa etmişəm. Heyfslənirəm ki, nə qədər estrada mahnılarım var. Onu Tünzalə Ağayeva və başqalarına göstərməliyəm ki, oxuyuram. Bizim estrada mahnılarımızı dinləsinlər. Onun fikrinə böyük kimi hörmət edirəm, amma razılaşmıram. Onun oxuduğu janr tamaşaçıları tərəfindən sevilir. Bizimkilər də bizim tamaşaçılar tərəfindən dinlənilir. Hər kəs pul qazanır, ailəsinə baxır.
Əgər eyni tədbirlərdə, el şənliklərində Xalq artistləri yarım saatlıq gəlir, onların çıxışından sonra mikrofonu mən götürüb davam edirəmsə, eyni şou-biznesdəyik”.
Qeyd edək ki, Tünzalə Türkanın ünvanına “Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir TikTok-da məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirməməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunki musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin” sözlərini söyləyib.
Follow @7timesaz