Maraqlı

Evliliyi xilas etməyin bu hallarda mənası olmur

Evliliyi xilas etməyin bu hallarda mənası olmurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evliliyi xilas etməyin bu hallarda mənası olmur. Əgər ər-arvad evlənməmişdən əvvəl bir-birinin ədəb-ərkanını, vərdişlərini və xarakterlərini mükəmməl bilməsələr, bu evlilik xoşbəxt ola bilməz. Onore de Balzak

Boşanma şübhəsiz pis bir şeydir. Bu o deməkdir ki, bizim seçimimiz ilkin olaraq səhv, düşüncəsiz, emosiyalar üzərində qurulmuşdur. Ancaq əlaqəni xilas etməyə çalışmağın heç bir mənası olmadığı və hətta bunun təhlükə yaratdığı vəziyyətlər də mövcud ola bilir.

Boşanmanın yeganə mümkün çıxış yolu olduğu vəziyyətləri gəlin birlikdə nəzərdən keçirək.

Evliliyin yaxın dövründə (adətən bu nikahdan sonrakı bir il müddətində baş verir) cütlük bir-birinə yad kimi görünür.

Bir müddət sonra sualar yaranır: niyə ailə qurublar? Hansı illüziyalar onları birlikdə olmaq şərti ilə həyatın xoşbəxt olacağına inandırmışdır?

Bir çox kişilər ilkin zamanlarda həyatlarının ən güclü cazibə və ehtiras hissinə aludə olduqlarını boyunlarına alırlar. “Mən sadəcə “bu qadına sahib olmaq”, hər zaman “gecə-gündüz onunla birlikdə olmaq” istəyirdim.” – deyə cavablandırırlar. “O, cazibədar, sirli, bənzərsiz görünürdü”. Zamanla ehtiras təmin olunur, əlçatmazlar əlçatan olur, münasibətlərə olan aclıq hissi təmin olunmuş olur.

Qadınlar da ərə getmək istədiklərini etiraf etdilər. Zaman keçdikcə buna öyrəşəcəklərini, “hər şeyin öz-özünə həll olunacağını” düşündülər. Yaxud da, ilk məhəbbətlərinə rastladıqlarını düşünürlər, sevdiklərini itirəcəklərini ağlına belə gətirə bilmirlər. Doğrularla, yanlışlıqlarla partnyorun ona evlilik təklifi etməsinə çalışır, bütün müsbət və mənfi cəhətləri öncədən hesablamadan gəlinliyi geyinməyə tələsirlər.

Maraqlar, dəyərlər, inanclardakı böyük fərq qısa müddətdən sonra tam yadlaşmaya səbəb olur. Bəzi hallarda ərlə-arvad mübahisələr edib şou yaratmırlar, hər biri öz fikrini təkidlə diktə etməyə, öz dediyinin üstündə durmağa belə çalışmaya bilərlər. Önəmli məsələlərdə tamamilə fərqli olduqlarını anlayaraq, xırda bir problem və ya yanlışlıq yarandıqda çəkilərək özlərini qonşu kimi aparmağa davam edirlər.

Ev zorakılığı

Qadın öz həyatı və sağlamlığı üçün təhlükə yarandığını anlayır. Ciddi bir zorakılıq dövrü yaşayır. Onun aldığı xəsarətlər (fiziki və emosional), həmçinin ikinci dərəcəli əlamətlər (yuxusuzluq, qorxu, vegetativ pozğunluqlar) ailə təcavüzkarını dayandırmır, əksinə, onun qəddarlığını şiddətləndirir.

Bəzən isə, qadın ailədən getmə istəyinin onun vəziyyətini daha da ağırlaşdıracağını düşünür, ərini təqiblərə sövq edəcəyi və onu zorla ailəsinə qaytaracağı qorxusu yaradır. Təbii ki, bu vəziyyətdə “cəza” anlayışı ona ağır xəsarətlər və hətta ölümlə hədələr mənasını ifadə etmiş olur. Bu qorxu o qədər böyükdür ki, qurban təcavüzkarla münasibətdə qalır, bütün tələblərini yerinə yetirməyə, çılğın xasiyyətli həyat yoldaşını “qəzəbləndirməməyə”, onu hər şeydə sevindirməyə çalışır.

Məişət zorakılığı vəziyyətindən tez bir zamanda çıxmaq və şəxsi təhlükəsizliyi əvvəlcədən düşünmək lazımdır.

 

Qazlayting

Bir partnyorun digərinin öz psixi rifahına şübhə etməsinə səbəb olduğu bir vəziyyət. Bu, mütamadi və sistemli şəkildə həyata keçirilərsə, qazlayting qurbanı həqiqətən özünün “dəli olduğunu” hiss etməyə başlayır, nəticədə, təcavüzkarın ona qarşı öz qeyri-adekvat hərəkətlərini norma kimi qəbul edir.

Bununla belə, bir dəfə psixoterapevtin qəbulunda olmaq kifayətdir ki, öz qeyri-adekvatlığına dair şübhələr aradan qalxsın. Zərərçəkmiş öz daxili dissonansının səbəblərini başa düşsün.

“Uşaq naminə” ailənin qorunması

Belə ailələrdə ildən-ilə gərginlik artır, qarşılıqlı iddialar üst-üstə yığılır, ev mühiti tam həddə gərginləşir. Hər iki valideyin bir-birinə qarşı nifrət və uşaq qarşısında günahkarlıq hiss edirlər. Uşaq qeyri-sağlam mühitdə böyüyür, yaxınlarının daimi münaqişələrinin şahidinə çevrilir. Nəticədə, uşağın psixikasının nevrotikləşməsi və patoloji ailə ssenarisinin onun tərəfindən mənimsənilməsi halı yaranır.

Belə hallarda, hər iki tərəf özlərinə sual verməlidirlər: həqiqətən bu cür nikahı xilas etməyə dəyərmi? Bunun kimə xeyri dəyir?

Daim baş verən xəyanətlər

Bir qayda olaraq, daha çox ərin xəyanəti ilə qarşılaşmaq olar. Bir qadının mövcud münasibətləri qoruyub-saxlamaq cəhdləri adi hal olduğundan, onun üçün boşanma “xoşbəxt ailə həyatı” illüziyasının dağılması mənasını verir. Belə “xoşbəxtlik” evinin fasadının arxasında ailəni xilas etmək üçün dərin dramlar və uzun müddətli “müharibələr” dayansa belə qadın ciddi cəhdlə əlində olanları qorumağa çalışır.

Aldadılan qadın həmişə dəyərsizləşdirilir, kişi tərəfindən ikinci plana atılır. Bu halda məşuqənin hər şeydə günahkar olduğu kimi gülünc “inanclar” ilə özünüzü aldatmağa ehtiyac yoxdur. Məşuqə ancaq ərin şəhvətini doydurduğu, özünü təsdiq etdiyi, arvadının qüruruna ağrılı zərbə vurduğu alətdir. Həyatında bu qadın olmasa da, digəri olacaq. Xəyanətə meyillilik hər zaman insanın içində yatan ilana bənzəyir.

Əsl sevgi ilə qarşılaşmaq

Bəli, belə hallar da olur. Bəzən insanlar müxtəlif səbəblərdən evlənirlər və heç də pis yaşamırlar. Çətinliklər və bir sıra narahatlıqları dəff edərək bir-birlərinə alışır və sadiq yoldaşı olmağa çalışırlar. Sevgini mücərrədlik,   anlaşılmaz bir şey kimi qəbul edirlər … Və birdən…. onlardan biri həmin o adamla tanış olur!

Nə etməli? Naməlum, qorxulu yeni bir yerə gedib, indiyə qədər yaşanmayan sevinclərlə, həvəslərlə, dəyərlərlə dolu yeni dünya qurmaq? Yoxsa sevilməyən həyat yoldaşı ilə qalıb sadəcə mövcud olmaq?

Bir çoxları sadəcə “mövcudluğu” seçir. Sonradan, qocalıq illərində xoşbəxt anlarını geri qaytara bilməyərək, sevdiklərinin hər görünüşünü, təbəssümünü, onunla görüşün ən xırda təfərrüatlarını ağrı ilə xatırlayır və səhvlərindən peşmanlıq duyurlar.

Potensial partnyorla tanış olanda və cütlük kimi münasibətə başlayanda çox vaxt bizə elə gəlir ki, biz həyatımızın qalan hissəsini birlikdə keçirməyə hazır olduğumuz “can yoldaşımızla” tanış olmuşuq. Ancaq zaman keçdikcə illüziyaların əsirliyində yaşadığımız üzə çıxa bilər. Bunu özünüzə etiraf etməkdən qorxmayın, özünüz üçün həqiqəti kəşf edin və gələcəyin, xoşbəxtliyin, sevginin olmadığı münasibətləri tərk edin.