Maqazin

“Minnətləri olsun, 100 manat da vermərəm”

“Minnətləri olsun, 100 manat da vermərəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Layihə açanda hamı istəyir ki, reytinqi yaxşı və baxılan olsun. Ona görə də, verilişə reytinqli ifaçılar dəvət edirdik. Xalq artistləri Faiq Ağayev, Röya Ayxan verilişimə çəkildi, amma Aygün Kazımova “Çək verilişə baxım. Ondan sonra proqrama gəlməyimlə bağlı “hə”, “yox” deyərəm” cavabını verdi. Artıq reytinqim varsa, nə edirəm səni? Bu hadisə 15 il əvvəl olub”. Çox kinliyəm, mənə edilən haqsızlıqları unutmuram, 15 ildir unutmamışam. Aygün xanımı efirə dəvət etmərəm”.

 

 

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Əlimuxtarova “Nahara az qala” verilişində deyib. O, Natavan Həbibinin verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən 10 min manat qonorar istəməsini də tənqid edib:

“İllər əvvəl bir dəfə proqramıma Natavnı da dəvət etmişdim, vaxtı olmadı deyə gəlmədi. Ondan sonra isə çağırmadım. Minnətləri olsun ki, tanınmış verilişlərə qonaq gəlirlər. Natavanın efirə gəlməsi üçün 100 manat da vermərəm. Söhbət tək ondan yox, proqrama gəlmək üçün heç bir müğənniyə pul vermərəm”.