Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yeni paylaşım edib.
7Times.az xəbər verir ki, xanım aparıcı sosial şəbəkə hesabında müğənni həyat yoldaşı Doğuşla toyunda çəkilən fotolarını paylaşıb.
Artıq 8 ildir evli olan aparıcı paylaşdığı fotolarına bu şərhi yazıb:
“Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik”.
Xatırladaq ki, Doğuşla Xoşqədəmin Arda ilə Arın adlı övladları var.