Xalq artisti Mehriban Zəki növbəti paylaşımı ilə diqqət çəkib.
Sfera.az yazır ki, aktrisa başına gələn bir əhvalatdan söz açıb:
“Siz, sən, sənsiz, lütfən. Dünən təklif aldığım işi bitirib məkanı tərk etmək üçün qaranlıq pilləkənlərlə enirəm. Aşağıdan çox səliqəli geyinmiş, boylu-buxunlu, mədəni, ziyalı görünən bir bəy pilləkənləri qalxmaq üçün yaxınlaşır. Dar pillələrin artıq ortasında toqquşmamaq üçün tələsik deyirəm: Mən tez düşüm. Cavab: Sən düş. Sonra biz qalxaq. Dedim, yəqin Nikolayla qohumluğu var”, – deyə, sənətçi bildirib.