Maqazin

“Nikahda heç məndən soruşmadılar evlənməyə razıyam, ya yox” – Sevdanın həyat yoldaşından ETİRAF

“Nikahda heç məndən soruşmadılar evlənməyə razıyam, ya yox” – Sevdanın həyat yoldaşından ETİRAFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim nikah mərasimi pandemiyaya təsadüf etdiyindən hər yer bağlı idi, heç hara getmək olmurdu. O vaxt nikahlar bir balaca idarə kimi yer var idi, orada keçirilirdi. Mən də Sevdaya təklif etdim ki, bizim klinikada akt zalı var. Sənin üçün orada dekor qurdurub nikah mərasimimizi keçirə bilərik”.

Milli.Az xəbər verir ki, bunu bu gün “Zaurla Günaydın”ın efirində iki gün əvvəl evliliklərinin bir ili tamam olan müğənni Sevda Yahyayevanın həkim-genetik həyat yoldaşı Zakir Bayramov deyib.

Müğənnin həyat yoldaşı bildirib ki, nikahlarının pandemiyaya tuş gəlməsi onları bəzi məcburiyyətlərlə üz-üzə qoyub:

“Sevda çox pis olmuşdu. Çox böyük çətinliklərlə, xahiş-minnətlə gedib nikah mərasimimizi keçirdik. Xahiş etdik, bizə nikah otağının qapısını açdılar. Heç bizdən soruşan olmadı ki, “razısan, razı deyilsən”, tezbazar kağızı qoydular önümüzə, qol çəkdik, Vəssəlam! Nikahda da ikimizdən başqa heç kim yox idi, bir də fotoqraf”.