Tanınmış aktyor məhkəməyə verildi.
Belə ki, film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Xəbəri dəqiqləşdirmək üçün Müşfiq Şahverdiyevlə əlaqə saxladıq. Aktyor 7Times.az-a məhkəməyə verildiyini təsdiqləyib.
Mediada yayılan xəbərə görə, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir.
7Times.az
Follow @7timesaz