7Times.az publika.az-ın bu yazısında oxucuları evli kişiləri yoldan çıxarıb onlarla ailə quran azərbaycanlı müğənnilərlə tanış edir:
Röya Anar Cəlilovla tanış olanda iş adamı artıq ilk həyat yoldaşından ayrılmaq üzrə idi. “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anarın Röyaya olan vurğunluğu bu prosesi bir qədər də tezləşdirir. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklifi edir. İş adamının ailəsi oğullarının Röya ilə münasibətlərinə qarşı çıxsa da, A.Cəlilov qalmaqallı müğənni ilə evlənmək fikrindən vaz keçmir.
“Nə vaxtsa gəlinlik geyinib ailə quracağımı ağlıma belə gətirməzdim” söyləyən Röya əvvəlcə şoka düşdüyünü desə də, təkliflə dərhal razılaşır. Lakin cütlüyün xoşbəxt ailə həyatı cəmi 6 il davam edir. 2008-2014-cü illərdə Anar Cəlilovla nikahda olan müğənnin 2009-cu ildə oğlu dünyaya gəlib. Yeri gəlmişkən, A.Cəlilovun ilk nikahından bir oğlu daha var.
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçən il 3-cü dəfə yenidən ailə qurub. Röya isə Anardan sonra ailə qurmayacağını bildirmişdi. Lakin sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsindən olduğu, lakin ailənin bu münasibətdən xəbərdar olmadığı bildirilir. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə ondan icazə alır.