Məşhur aktrisa Hazal Türesan dələduzların qurbanı olub.
7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, dələduzlar məşhur aktrisaya zəng edərək vəfat etmiş atasının 100 min lirə sığorta borcu olduğunu deyiblər. Bankdan kredit alıb borcu ödəyən kino ulduzu qısa müddət sonra öyrənib ki, fırıldaqçıların oyununa gəlib. Bundan sonra Hazal Türesan onu aldadan şəxsləri məhkəməyə verib. Araşdırma nəticəsində aktrisanın pulunu mənimsəyən şəxsin Alperen Şanlıtürk adında bir kişi olduğu məlum olub.
O, bu gün Bakırköy Ağır Cəza Məhkəməsində keçirilən prosesə gəlmədiyi üçün axtarışına və saxlanılmasına qərar verilib.
Follow @7timesaz