Ölkə

Bakıda “Formula 1″ə görə bağlanmış yollar bu tarixdən açılacaq – RƏSMİ

Bakıda “Formula 1″ə görə bağlanmış yollar bu tarixdən açılacaq – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Metbuat.az-a verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.