Ölkə

Metronun bu stansiyasına giriş TAM DAYANDIRILDI: “Sərnişinlər…” – RƏSMİ AÇIQLAMA

Metronun bu stansiyasına giriş TAM DAYANDIRILDI: “Sərnişinlər…” – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun “Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

 

Bu barədə Sfera.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Məlumata görə, təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.

 

“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunub ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər:

 

“”Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların “Xocəsən” stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.