Sosial

QUBADA DRAMATİK OLAY : Şikayətçini avtomabilə bağlayıb yandırmaq istədilər

QUBADA DRAMATİK OLAY : Şikayətçini avtomabilə bağlayıb yandırmaq istədilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayon sakini Qafarov Şahin Tapdıq oğlu ETSN-nin əməkdaşlarının hücumuna məruz qalıb.

7Times.az-a müraciət edən həmin şəxs bildirib ki,O ,yaşadıqı Quba rayonu ərazisində yerləşən meşə massivində aparılan qanunsuz qırıntı hallarına etiraz olaraq həm Ekalogiya nazirliyinə həmdə müvafiq dövlət qrumlarına müraciət edib.

Onun bu müraciətindən sonra ETSN-nin bir qrup əməkdaşı əraziyə cəlb edilib və elə şikayətçi Şahin Qafarovla birlikdə meşədə qanunsuz qırıntı aparıldıqı deyilən massivə baxış keçirilib.Amma bu zaman ETSN-nin yerli qrumunun əməkdaşları ilə həmin vətəndaş arasında insident yaşanıb.Və Şahin Qafarovun iddia etdiyi kimi nazirlik əməkdaşları onun üstünə hücum edib  sürüyərək yaxınlıqdakı nəqliyyat vasitəsinə bağlayıblar.Daha sonra həmin şəxslər onun cibindəki telefonu alıblar.

Vətəndaş Şahin Qafarovun 7Times.az-a verdiyi məlumata görə bu insidentin yaşanmasına və nazirlik əməkdaşlarının onunla mübahisə etməsinə səbəb,onun bu kimi neqativ hallarla əlaqədar olaraq mütamadi şikayət etməsi olub.

Qeyd edək ki,hadisə bu ilin fevral ayının 14-də baş verib.

Faktla əlaqədar daha təfərrüatlı araşdırmanı qısa zaman ərzində sizə təqdim edəcəyik.