Ölkə

Xırdalana metro xətti çəkilməyəcək – Rəsmi AÇIQLAMA 

Xırdalana metro xətti çəkilməyəcək – Rəsmi AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur.

 

7Times.az  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.

 

“Metronun “Xocəsən” stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”, – Komitə sədri vurğulayıb.

 

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunan dövrədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulub.