“Azərbaycan Dəmir Yolları” QSC Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 12 əlavə qatar reysi təyin edib.
Bu barədə 7Times.az-a qurumdan bildirilib.
Məlumata görə, qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya yola düşəcək.
Eyni zamanda, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları sərnişinlərin istifadəsinə veriləcək.
Follow @7timesaz