Ölkə

Pozuntulara görə 35 seçki məntəqəsi buraxılıb – RƏSMİ

Pozuntulara görə 35 seçki məntəqəsi buraxılıb – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz azad olunmuş ərazilərdə seçkilər zamanı  54 məntəqə yaratdıq. Bu məntəqələrdə səsvermə çox yüksək səviyyədə keçirilib”.

 

7Times.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

Seçkilər zamanı 1500-dən artıq sosial şəbəkədə  görüntü olub ki, təxminən 24 dairəni əhatə edib. Bu görüntülər hamısı araşdırılıb. Ərizəçilərdən daxil olan görüntülər də şikayətçinin iştirakı ilə araşdırılıb. Yekunda seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.

Bundan əlavə, seçki prosesi zamanı 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer namizədlər üçün ayrılıb. Deputatlığa namizədlər  dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bundan əlavə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb”.